Menu

Azərbaycanda daha bir şirkət ləğv olundu

22.01.2016, 10:32
Azərbaycanda daha bir şirkət ləğv olundu

Fransanın Technip Maritime Overseas LTD şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin rəsmi Vergilər qəzeti məlumat yayıb.

“Şirkətin kreditorları öz iddia və tələbləri ilə bağlı Bakı şəhəri, Nizami küçəsi 340 ünvanına müraciət edə bilərlər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Technip Maritime Overseas LTD – neft avadanlıqlarının emalı, boru kəmərlərinin tikintisi ilə məşğul olur. Şirkətinin Bakı nümayəndəliyi 1993-cü ildə açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol