Novruz Məmmədov Ağ evi “yumşaltmaq” üçün ABŞ-a gedib

Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-da səfərdədir. Turan-ın Vaşinqton müxbirinin məlumatına görə, sentyabrın 18-də o, ABŞ dövlət katibinin müavini Bill Berns ilə görüşüb. Mətbuata danışıqların məzmunu barədə məlumat verilməyib.

Tərəflər N.Məmmədovun səfərinin səbəblərini şərh etmirlər. Azərbaycan Prezident Administrasiyasındakı mənbə onun ABŞ-a getdiyini təsdiqləyib, lakin hər hansı şərh verməkdən imtina edib.

Çox güman ki, N.Məmmədov ABŞ-a hansısa missiya ilə gedib. Səfər ikitərəfli münasibətlərdəki müəyyən gərginliyin olması fonunda baş tutub. Sentyabrın birinci ongünlüyündə rəsmi Bakı Azərbaycanda insan hüquqlarının pozulmasını kəskin tənqid edən ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianı qəbul etməkdən imtina edib.

Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında hakim Yeni Azərbaycan Partiyasının regional təmsilçiləri “məşğul olduqlarını” bəhanə edərək ABŞ səfirinin müavini Derek Hoqanla görüşdən imtina ediblər.

T.Melianın səfərinin baş tutmamasını və NMR-də hakim partiya nümayəndələrinin səfirliyin əməkdaşlarına məhəl qoymamasını Azərbaycan hakimiyyətinin prezident seçkiləri ilə bağlı Vaşinqtonun mövqeyindən narazı qalması kimi qiymətləndirmək olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar