Menu

Son 7 ildə ən böyük yüksəliş

23.01.2016, 13:49
Son 7 ildə ən böyük yüksəliş

Neft son 12 ilin ən aşağı səviyyəsinə enməsinin ardından, bəzi investorların rekord aşağı səviyyələrdən alışa keçməsi ilə, 7 ildən çox bir müddətin ən güclü iki günlük yüksəlişini həyata keçirib.

ABŞ xam nefti (WTI) 20 Yanvarda 2003-ci ildən bəri ən aşağı səviyyə olan 26.55 dolara düşmüşü. WTI son 2 gündə 21,6% bahalaşaraq dünən gecə 32,28 dollara qalxıb.

Əmtəə qiymətlərinin bu ili yüksəlişlə başa vuracağını təxmin edən "Andurand Capital Management"ın banisi Pierre Andurand, "Neft bu baharda yüksəlişə keçəcək və bu yüksəliş qısa müddətdə olacaq" şəklində bildirib. Bundan əvvəl Andurand, neftin qiymətinin aşağı düşməsini düzgün proqnozlaşdırmışdı.

Neft, qlobal bazarlardakı hərc-mərclik, ABŞ-da neft ehtiyatlarının artması, OPEC-in neft təklifini artırması və İranın neft bazarına qayıtması narahatçılıqları ilə düşürdü. Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, bazarlar "həddindən artıq təklif içində boğula bilər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol