Menu

Putin keçmiş arvadını ərə verdi - Özündən 21 yaş kiçik birinə

24.01.2016, 20:40
Putin keçmiş arvadını ərə verdi - Özündən 21 yaş kiçik birinə

Rusiya Prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila Aleksandrovna ərə gedib.Axar.az “Sobesednik”ə istinadla xəbər verir ki, 2013-cü ildə Putindən ayrılan Lüdmila özündən 21 yaş kiçik bir şəxslə ailə həyatı qurub.

Araşdırmalar zamanı məlum olub ki, Putinə anasından qalan Sankt- Peterburqdakı bir ev Lüdmila Oçeretnayanın adına qeydiyyatdan keçib. 57 yaşlı Lüdmila İnsanlarla Əlaqə Dərnəyinin rəhbəri, 36 yaşlı Artur Oçeretni ile evlənərək onun soyadını qəbul edib.

Xatırladaq ki, keçmiş həyat yoldaşı ilə yaxşı münasibətləri olduğunu deyən Putin 2014-cü ildə verdiyi müsahibədə evlənməklə bağlı suala “Əvvəl keçmiş arvadımı ərə verim, sonra bu barədə fikirləşərəm”, - demişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol