Menu

Polis Bakıda yoxa çıxan iki banqladeşlini axtarır

24.01.2016, 20:46
Polis Bakıda yoxa çıxan iki banqladeşlini axtarır

Bakıda şirkətlərdən birində çalışan Banqladeş vətəndaşları itkin düşüb.

Lent.az-ın məlumatına görə, Banqladeş vətəndaşları-1980-ci il təvəllüdlü Montay Camal və 1987-ci il təvəllüdlü Liton Miahın işlədiyi şirkətin rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, hər iki şəxs bir neçə gündür ki, işə gəlmir və kirayə yaşadıqları, E.Dilanova adlı vətəndaşa məxsus olan evdən çıxdıqdan sonra onlardan xəbər almaq mümkün olmayıb.

Ərizədə qeyd edilib ki, hər iki şəxs Bakıda fəaliyyət göstərən şirkətdə qaynaqçı işləyib.

Müraciət əsasında araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol