Menu

“Neftin qiyməti 25 dollardan aşağı düşməyəcək” - Samir Şərifov

25.01.2016, 11:19
“Neftin qiyməti 25 dollardan aşağı düşməyəcək” - Samir Şərifov

2016-cı ilin düzəliş ediləcək büdcəsində neftin barrelinin qiyməti 25 dollardan götürüləcəkdir.

“Marja”nın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov ANS TV-yə müsahibəsində deyib.

“Biz hesab etmirik ki, qiymətlər bundan da aşağı düşəcəkdir. İndiki səviyyə neft sənayesi üçün ağır bir səviyyələrdir. Faktiki olaraq mövcud qiymətlər, gələcəkdə neft hasilatı, kəşfiyyatı üçün investisiyaların edilməsini dəstəkləmir. Dünya miqyasında nəhəng neft şirkətləri neft axtarışına, yeni quyuların qazılmasına pul qoymurlar. Hazırda dünya bazarında neft təklifi tələbi üstələyir. Biz hesab edirik ki, yaxın gəlcəkdə bu vəziyyət tərsinə dəyişəcəkdir, tələb təklifi üstələyəcəkdir.

Neft qiymətləri kosmik sürətlə 4 dəfə aşağı düşdü, amma digər məhsulların qiymətləri o qədər azalmadı. Halbuki digər məhsulların maya dəyərində yanacağın da payı yüksəkdir, buna görə, onlar da dəyərdən düşməli idi. Tutaq ki, 4 dəfə deyil, 2 dəfə düşə bilərdi. Amma bu proses baş vermədi”.

Qeyd edək ki, Milli Məclis Fevral ayında 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər edəcəkdir. 2016-cı il üçün yeni dövlət büdcəsi layihəsində gəlirlər 1,9 milyard manat, xərclər isə 2 milyard manata yaxın artır. 2016-cı ilin büdcəsinin gəlirləri 14,5 milyard manatdan 16,4 milyard manata, xərcləri isə 18 milyard manatdan çox olacaqdır. Büdcə kəsiri 1,5 milyard manatdan bir qədər çox olacaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol