Menu

"Qeyri-sabit hava şəraiti davam edəcək" - Nazirlik

26.01.2016, 10:21
"Qeyri-sabit hava şəraiti davam edəcək" - Nazirlik

“Ölkə ərazisində yağmurlu və küləkli hava şəraiti sabah gündüz saatlarınadək davam edəcək”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Qeyd edək ki, yanvarın 24-dən ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur, temperatur əvvəlki günlərlə müqayisədə 6-8 dərəcə aşağı enib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol