Menu

Məmur oğlunun müştəriləri güllələdiyi restoranda daha bir cinayət

26.01.2016, 20:38
Məmur oğlunun müştəriləri güllələdiyi restoranda daha bir cinayət

Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən "Zeytə" restoranından oğurluq olub.

Report-ın məlumatına görə, restoranın sahibi Könül Mürsəlova polisə müraciət edərək restorandan məişət və elektrik avadanlıqlarının oğurlandığını bildirib.

Qeyd edək ki, "Zeytə" restoranı keçən ay mətbuatın gündəminə orada məmur oğlunun (Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev) silahlı insident törətməsi ilə gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol