Menu

Hərbi hospitalda atışma

27.01.2016, 00:37
Hərbi hospitalda atışma

ABŞ-ın San-Dieqo şəhərində yerləşən Hərbi Donanma Xəstəxanasında naməlum silahlı şəxs atışma törədib.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xəstəxana rəhbərliyi həkim və xəstələrin təxliyyə olunmasına çalışır. Hadisə şahidləri atışma səsləri eşitdiklərini bildirirlər. Xəstəxana ərazisinə polis əməkdaşları daxil olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol