Menu

Neftin qiyməti yenidən 33 dollara qalxdı

27.01.2016, 00:42
Neftin qiyməti yenidən 33 dollara qalxdı

Dünya bazarında neftin qiyməti bugünkü səhər ucuzlaşmasından sonra yenidən artmağa başlayıb.

Virtualaz.org RİA Novosti-ə istinadən xəbər verir ki, hazırda WTI markalı neftin bir barelinin qiyməti 5,55% artıb. Qiymət 32,02 dollarda qərarlaşıb.

Brent markalı neftin qiyməti isə 33 dolları belə ötüb. Belə ki, bu tipli neftin bir bareli 5,75% artaraq 33,11 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol