Menu

PKK terrorçuları 5 ulduzlu otelə hücum ediblər

27.01.2016, 08:56
PKK terrorçuları 5 ulduzlu otelə hücum ediblər

Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri Türkiyənin Diyarbakır vilayətinin Sur rayonunda yerləşən 5 ulduzlu oteli qumbaraatanlardan atəşə tutublar.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşlarından ibarət snayper qrupunun adı açıqlanmayan otel binasının damında yerləşdiyini anlayan terrorçular, silahlı hücum planı hazırlayıblar.

56 gündür davam edən hərbi əməliyyat zonasında yerləşən otelin fəaliyyətinin dayandırılması mülki şəxslər arasında tələfatın qarşısını alıb. Bununla belə, hücum nəticəsində binada yanğın başlayıb. Bölgədə atışmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol