Menu

Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır

27.01.2016, 10:00
Xəzərin statusu üzrə xüsusi işçi qrupun iclası başlayır

Türkmənistanın paytaxtı Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun 43-cü iclası başlayır.

"Report" xəbər verir ki, iclasda beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin müavinləri Xəzərin hüquqi statusuna dair bütün həll olunmayan məsələlərin müzakirəsini davam etdirəcək.

İclas yanvarın 29-da çatacaq.

Xatırladaq ki, növbəti Xəzər sammitinin 2016-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol