Bakı şəhər sakini Səadət Nağıyeva 10 ildir hərəkət qabiliyyətini itirən oğlunun müalicəsinə kömək göstərilməsi üçün xeyirxah insanlara, imkanlı iş adamlarına müraciət edib. "AzPolitika.info"ya göndərilən müraciətdə bildirilir:
"Mən, Nağıyeva Səadət Abbas qızı bir ana kimi xalqıma, xüsusən də imkanlı insanlara, iş adamlarına kömək üçün müraciət edirəm. Oğlum Əhməd Eldar oğlu Heydərovun və mənim ən böyük arzumuzun gerçəkləşdirilməsi üçün Sizlərdən yardım istəyirəm.
Bizim ən böyük arzumuz - Əhmədin sərbəst şəkildə yeriməsidir. Mənim yeganə oğlum Əhməd 1991-ci il təvəllüdlüdür. Oğlum 2006-cı ilə qədər tam sağlam, idmanla məşğul olan, həyat dolu gənc olub. Ancaq 2006-cı ildə qəfildən geniş beyin qan sızması keçirdi. Bunun nəticəsində də spastik dərin tetraparez diaqnozu ilə hərəkət etmək qabiliyyətini itirdi.
İllərlə aparılan müalicə və öz iradəsi nəticəsində o, əllərini hərəkət etdirməyi, oturmağı öyrəndi. Bununla da həkimlər tərəfindən ona aşağı spastik paraparez diaqnozu (aşağıda şəkli verilən epikrizdə qeyd olunur) qoyuldu.

Bu əməliyyatdan sonra Əhməd çox idman edərək əllərinin, boynunun hərəkətlərini bərpa edə bildi.
Bundan başqa o, müalicəsini ölkəmizdə davam etdirərək, sağalıb ayağa qalxmaq üçün ona kömək edə biləcək bir neçə müalicə ocaqlarına üz tutdu. Lakin təəssüf ki, ölkəmizdə aparılan reabilitasiya Əhməd üçün gözlənilən nəticələri vermədi. Həkimlər deyir ki, onun tam müalicəsi yaş daha da keçmədən, sümük tam bərkimədən mümkündür.
Əhmədimin gəzməsi, sağlamlığının tam bərpası üçün onun müvafiq müasir avadanlıqlarla təchiz olunmuş Almaniya klinikalarının birində müalicə-bərpa kursundan keçməsi vacibdir. Yalnız orada Əhmədin tam sağalması üçün uyğun şərait, lazımi müasir fizioterapiya avadanlıqları və mütəxəssis həkimlər var.
Medical Park Berlin Humboldtmühle Klinikasının Beynəlxalq Medikal Departamentinin üzvü Dariya Alferova ilə email vasitəsilə əlaqə saxladıq, ona Əhmədin xəstəlik kağızlarının nüsxələrini göndərdik, xəstəliyi haqda məlumatlar verdik.
Dariya Alferova Əhmədin özü ilə söhbət etdikdən sonra onun Medical Park Berlin Humboldtmühle Klinikasında tam müalicəsinin mümkünlüyü haqda bizə məlumat verərək, oranın qiymət kağızını göndərdi (qiymət kağızı aşağıda verilib).
Təəssüf ki, qeyd edilən məbləğ (bir kursun qiyməti – 25 980 avrodur, Əhməd 5-6 müalicə kursu keçməlidir) bizim imkanlarımız xaricindədir.
Bunun üçün də mən, Əhmədin anası, Azərbaycan xalqının hər bir xeyirsevər vətəndaşına, imkanlı insanlara, iş adamlarına müraciət edərək, Sizlərdən yardım istəyirəm.
Xahiş edirəm, həyat eşqi ilə dolu və gələcəyinə böyük ümid bəsləyən bir gəncin taleyinə biganə qalmayın. Əhmədin Medical Park Berlin Humboldtmühle Klinikasına göndərilməsində bizə bacardığınız qədər yardım edəsiniz.
Bu məqsədlə Əhmədin adına "Xalq bank"ın baş filialında həm manat, həm də valyuta hesab nömrəsi açılıb (hesab nömrələri də aşağıda verilib). Oğlumun hərəkət qabiliyyətini bərpa etməsinə kömək üçün hər bir vətəndaşdan köməyini əsirgəməməyi xahiş edirəm.
Öncədən hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Səadət Nağıyeva müraciətinə oğlu Əhmədin xəstəlik vərəqələrini, Almaniyanın Medical Park Berlin Humboldtmühle Klinikasının qiymət kağızını və oğlunun şəkillərini də əlavə edib.
Eyni zamanda birbaşa köməklik göstərmək istəyənlər üçün əlaqə nömrəsi də göndərib:- +994555091313















Şərhlər