Nigeriyalı qruplar Avropa Birliyinə daxil olmaq üçün Londonun Qatvik hava limanından istifadə edirlər.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, insan alverçiləri Avropaya daxil olmaq üçün saxta sənədlərdən istifadə edirlər.
Məlumata görə, cinayətkarlar həm də narkotik alveri və qanunsuz neft satışı ilə də məşğul olurlar.
Bu faktlar ispan polisinin apardığı əməliyyatlardan sonra məlum olub. İspan polisi belə dəstələrdən birinin başçısını ələ keçirə bilib.
Britaniya hökuməti bu məlumata hələ də reaksiya verməyib.


Şərhlər