"Bizim Aygünlə yaxşı günlərimiz olub. Özü bilir. İndi danışır da. Ona cavab vermək istəmirəm".Bunu BiG.AZ-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib.
Partiya sədri xalq artisti Aygün Kazımovanın "Hafiz Hacıyevin arvadının yatdığı kişi ilə müqayisədə, mən əsl kişi ilə yatıram" deməsindən əsəbiləşib. O, Aygünün hər şeyi daha yaxşı bildiyini deyib.
Qeyd edək ki, Xalq artisti “Hafiz Hacıyev, sənin arvadının yatdığı kişi ilə müqayisədə , mən əsl kişi ilə yatıram. Hafiz Hacıyevə kişi lazımdır? O, yaxşı bilir əsl kişilər harda olur”, deyərək partiya sədrini təhqir edib.
Bundan əvvəl isə Hafiz Hacıyev Aygünü məmurlarən "saxladığını" demişdi : "Bu adamlar arxalarında duranlara arxayındırlar. Aygünün bu cür hazırlamasının səbəbkarı məmurlardır. O müğənni özünün məmur “dostlarına” arxayın olub belə danışır. Artıq insanları təhqir edirlər. Onun ixtiyarı yoxdur ki, sadə vətəndaşı təhqir etsin. Aygünü kim “saxlayır”, kim arxasında durursa, jurnalistlər onu axtarıb tapmalıdır və ona deməlidir ki, Aygünün ipini yığsın. Üzr istəyirəm, o, kimlə yatırsa, onu axtarıb tapın. Deyin ki, sevgilini ayağına bağla. Aygünün adını çəkməyə dəyməz, onun adını çəkəndə utanıram. Xahiş edirəm ki, onun hərəkətini ictimaiyyətin müzakirəsinə verin”.


Şərhlər