Menu

"Azərbaycanın reytinqinin aşağı salınacağını istisna etmirəm"

28.01.2016, 19:21
"Azərbaycanın reytinqinin aşağı salınacağını istisna etmirəm"

Azərbaycanın maliyyə naziri Samir Şərifov Fitch və Moody's beynəlxalq kredit reytinqi agentliklərinin Azərbaycanın reytinqini aşağı sala biləcəyini istisna etmir.

Marja xəbər verir ki, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.

Onun sözələrinə görə, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın da gəlirləri azalıb.

“Bununla bağlı olaraq kredit reytinqinin aşağı salınması riski yüksəlmişdir. Mən Azərbaycanın reytinqini aşağı salınacağını istisna etmirəm"- nazir bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol