Menu

Suriyadan Türkiyəyə keçmək istəyən 40-dan çox İŞİD silahlısı saxlanılıb

28.01.2016, 23:07
Suriyadan Türkiyəyə keçmək istəyən 40-dan çox İŞİD silahlısı saxlanılıb

 Türkiyə sərhədçiləri Suriya ilə sərhədi qanunsuz keçməyə cəhd edən 43 İŞİD silahlısını saxlayıb. APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, saxlanılanlardan 22-si yetkinlik yaşına çatmamış şəxslərdir.

Telekanalın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata əsasən, hadisə sərhədçilərin ölkənin cənubundakı Kilis əyalətində sərhəd xəttini yoxlayarkən baş verib.

Saxlanılan şəxslərdən ilkin ifadələr alınıb, daha sonra onlar jandarm komandanlığına təhvil veriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol