Səudiyyə Ərəbistanının Mərkəzi Bankının valyuta ehtiyatları Dekabr ayında son 9 ilin ən böyük aylıq azalmasını qeyd edib. Ehtiyatların azalmasına neftin qiymətinin aşağı düşməsi səbəb olub.
Səudiyyə Ərəbistanının Mərkəzi Bankının ehtiyatları ötən ilin Dekabr ayında 19.4 milyard dollar azalaraq 608.4 milyard dollara geriləyib. Bloomberg-in 2006-dan bu yana tərtib etdiyi məlumatlara görə, bu azalış ən böyük azalmaya işarə edir.
Səudiyyə Ərəbistanı 2015-ci ildə ÜDM-nin 15%-i nisbətində büdcə kəsiri vermişdi.


Şərhlər