Menu

Rusiya Monqolustanın 174 milyon dollar borcunu bağışladı

01.02.2016, 00:51

putin03Rusiya prezidenti Vladimir Putin Monqolustanın bu ölkəyə olan dövlət borcunun silinməsi barədə federal qanunu imzalayıb.Virtualaz.org saytı «RİA Novosti»yə istinadən xəbər verir ki, Rusiya dövlətinin başçısı bu qanunu imzalamaqla 2010-cu ildə iki ölkə arasında bağlanmış müqaviləni ratifikasiya edib.

Bu qanuna əsasən, Monqolustanın Rusiyaya vaxtı ötmüş 174 milyon 200 min dollar həcmində dövlət borcu silinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol