Menu

İran XİN rəhbəri son 12 ildə ilk dəfə Böyük Britaniyaya səfər edəcək

02.02.2016, 02:06
İran XİN rəhbəri son 12 ildə ilk dəfə Böyük Britaniyaya səfər edəcək

Fevralın 5-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Böyük Britaniyaya səfər edəcək.

APA-nın Fars agentliyinə istinadən verdiyi məlumata görə, Londonda baş tutan danışıqlarda aktual ikitərəfli və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, bu, İran XİN rəhbərin son 12 ildə Böyük Britaniyaya ilk səfəridir. Son dəfə Londona 2004-cü ildə İranın sabiq xarici işlər naziri Kamal Xərrazi səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol