Menu

Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanlığı təslim xəbərlərini təkzib etdi

04.03.2014, 11:31
Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanlığı təslim xəbərlərini təkzib etdi

"Heç bir qarnizon və gəmi Rusiya hərbçilərinin ultimatumunu yerinə yetirməyib"

“Heç bir hərbi hissə, heç bir qarnizon və hərbi gəmi silahları təhvil verərək qondarma “Krım hökuməti”nə sadiqlik andı içmək və ya xidməti tərk etmək barədə Rusiya hərbçilərinin ultimatumunu yerinə yetirməyib!”

APA-nın xəbərinə görə, bunu “Azadlıq” radiosuna Ukrayna Hərbi Dəniz Qüvvələrinin Sevastopoldakı komandanlığından bildiriblər. HDQ-nin sabiq komandanı Denis Berezovskinin xəyanətindən sonra başqa fərarilik halı da qeydə alınmayıb.

Ukrayna Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəisi Vladislav Seleznyov 4 mart gecəsi Krımdakı Ukrayna hərbi hissələrinə hər hansı hücum faktının qeydə alınmadığını söyləyib. Buna baxmayaraq, hərbi hissələrin ətrafında gərginlik davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol