Menu

Kaxa Kaladze Azərbaycana gəlib

04.02.2016, 14:00
Kaxa Kaladze Azərbaycana gəlib

Gürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze Azərbaycana səfər edib.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, Energetika Nazirliyindən bildiriblər ki, K. Kaladze səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşəcək.

Görüşdə cari məsələlər və perspektiv əməkdaşlıq münasibətləri müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol