Menu

SOCAR-ın reytinqi aşağı salındı

04.02.2016, 22:30
SOCAR-ın reytinqi aşağı salındı

"Standard&Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB"-dək endirib. "APA-Economics" xəbər verir ki, bu barədə reytinq agentliyinin yaydığı məlumatda bildirilir.

Reytinq üzrə proqnoz "stabil" olaraq qalır.

Agentliyin proqnozuna əsasən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar SOCAR-ın borclanması müəyyən qədər artacaq.

Bununla yanaşı, agentliyin analitikləri bildirir ki, SOCAR kapital xərclərini azaltmaqla müsbət yöndə idarəolunan pul axınını həyata keçirə bilər.

Məlumatda həmçinin qeyd edilib ki, hökumət dövlət şirkətinə dəstək verməkdə davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol