Menu

Avropa İttifaqı 2016-cı ildə Suriya və qonşu ölkələrə 3 mlrd avro ayıracaq

05.02.2016, 00:40
Avropa İttifaqı 2016-cı ildə Suriya və qonşu ölkələrə 3 mlrd avro ayıracaq

Avropa İttifaqı 2016-cı ildə Suriya və qonşu ölkələrə 3 mlrd avro həcmində yardım ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk Suriya üzrə donor konfransda çıxışı zamanı bildirib.

“Avropa İttifaqı cari ildə Suriya, İordaniya, Türkiyə və Livana 3 mlrd avrodan çox maliyyə yardımı ayıracaq”, - deyə Tusk bildirib.

Aİ Şurasının sədri əlavə edib ki, Aİ 2017-ci ildə maliyyələşdirilməni qeyd olunan səviyyədə saxlamaq niyyətindədir.

Donald Tuskun sözlərinə görə, Suriyada münaqişə başlayandan bu vaxtadək Aİ böhranın nizamlanmasına, ümumilikdə, 5 mlrd avro yardım ayırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol