Bu gün ABŞ-da dolların məzənnəsinə ciddi təsir edə bilən Kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlanacaqdır.
“Marja” xəbər verir ki, Bakı vaxtı ilə 17:30-da açıqlanacaq məlumata görə, ölkədə yanvarda məşğulluğun 190 min artacağı gözlənilir. ABŞ-da dekabrda məşğulluq 292 min artmışdı.
Yanvarda ABŞ-da işsizlik nisbətinin Dekabr ayı ilə müqayisədə dəyişməyərək 5%-də qalacağı ehtimal edilir.
Əgər məşğulluq, analitiklərin proqnozundan aşağı çıxarsa ABŞ dollarının zəifləməsi, yuxarı çıxarsa güclənməsi baş verə bilər.
Kənd təsərrüfatı xaric Məşğulluq göstəricisi ABŞ iqtisadiyyatının son durumu haqqında da ipucu verə bilər. Həmçinin ABŞ Mərkəzi Bankı Fed faizlərin artırılması üçün də bu göstəriciyə baxır.
DOLLAR DƏYƏRDƏN DÜŞÜR
Qeyd edək ki, qlobal bazarlarda Dollar "ölür". Dünən 1 Avro 1.12 dolları ötüb. Ötən ilin Dekabr ayının əvvəlində 1 Avro 1.05 dollara bərabər idi.


Şərhlər