Menu

Putinin korrupsiya sistemini ifşa edən klip çəkildi – VİDEO

06.02.2016, 01:17
Putinin korrupsiya sistemini ifşa edən klip çəkildi – VİDEO

Pussy Riotun bu klipi Putinin ürəyincə olmayacaq. Rusiyada məşhur olan Pusi Riot (Pussy Riot) feminist pank-qrupu yeni klipini yayımlayıb. Klipin mövzusu Putinin əsas tənqidçilərindən biri olan Aleksey Navalnının hakimiyyətə qarşı irəli sürdüyü ittihamlardır. Pusi Riot klip üçün ad seçərkən Yuri Çaykanın ismindən istifadə edib.

Xatırladaq ki, bu qrup 2012-ci ilin mart ayında Xilaskar Məsih kilsəsində sanksiyalaşdırılmamış konsert keçirməklə Putin Rusiyasını silkələmişdi. O zaman qızların etiraz aksiyasının  əsas hədəfi pravoslav kilsəsi idi –  onlar  Rusiyanın ən böyük dini hərəkatı ilə rüşvətxor Putin  hökumətinin üzvləri arasında gizli sövdələşmə haqqında mahnı səsləndirşdilər. Bu dəfə isə onların hədəfinə 2006-cı ildə prezidentin baş prokuror vəzifəsinə təyin etdiyi  Yuri Çaykadır.

Rusiya liderinin əsas tənqidçilərindən biri olan Aleksey Navalnı bu yaxınlarda Çaykanı qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan oğlunu himayə etməkdə günahlandırıb.  Korrupsiya iddialarının səsləndirildiyi  sənədli film  dekabr ayında  4,5 milyon seyrçi topladı. Bunu ciddiyə alan Pussi Riot Çaykanın  dərhal istefasını tələb edən  yeni mahnı hazırladı.

Bu qrupun bütün aksiyaları qeyri leqal şəkilddə  təkil olunsa da, onun konsertlərində yeni yüksək keyfiyyətli video çəkilişdən istifadə edilir.

Pusi Riot ölkədə korrupsiya ilə mübarizə aparmalı olan qurumlardan birinin cinayət fəaliyyətinə bulaşmasını tənqid edir.

Bir müddət əvvəl, Kreml  Çaykanın oğlu ilə bağlı korrupsiya ittihamının  açılmasında  maraqlı olduğunu bildirib və… məsələni araşdırmaq şəxsən Baş prokurorun özünə tapşırılıb.

Çayka  Navalnı tərəfindən  irəli sürülmüş bütün iddiaları təkzib edib  və bütün bu işlərdə Qərb kəşfiyyat orqanlarının  və Amerikalı biznesmen  Villiam Brovderin əli olduğunu iddia edib. Əsas  qəhrəmanı olduğu sənədli filmə cavab olaraq baş prokuror deyib: ”Mən Rusiyanı sevirəm, mən vətənpərvərəm”.

Çayka son dövrlər  korrupsiyada ittiham olunan Rusiya təhlükəsizlik işçiləri arasında istifadə edilən ümumi sözlərdən yararlanmağa çalışıb. Elə bu da Pussi Riotun mahnısının nəqaratinə çevrilib.(Bastainfo.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol