2016-cı ildə Rusiyadan Azərbaycana daha 100 yük vaqonu çatdırılacaq.
Virtualaz.org xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, Rusiyanın "Uralvaqonzavod" SC ilə müqavilə hələ ötən il imzalanıb.
Müqaviləyə əsasən, Azərbaycan müxtəlif növ 3100 yük vaqonu alacaq: "Onların arasında sisternlər, yarımvaqonlar, konteynerlərin daşınması üçün platformalar və s. var. 3 min vaqon artıq Azərbaycana çatdırılıb və QSC tərəfindən istifadə edilir. Qalan 100 vaqon isə bu il çatdırılacaq".


Şərhlər