Menu

Ərdoğan təhlükəsizlik məsələləri ilə bağlı təcili toplantı keçirib

09.02.2016, 21:17
Ərdoğan təhlükəsizlik məsələləri ilə bağlı təcili toplantı keçirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təhlükəsizlik məsələləri, terrorçuluqla mübarizə və bölgədəki vəziyyətlə bağlı təcili müşavirə çağırıb.

APA-nın "Hurriyet"e istinadən verdiyi məlumata görə, müşavirədə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, DİN rəhbəri Efkan Ala və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Qeyd edək ki, toplantı prezidentin gündəlik iş planına daxil edilmədiyindən baş nazir Əhməd Davudoğlu Hollandiyaya səfərini təxirə salıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol