Menu

ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb

10.02.2016, 00:40
ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb

ABŞ-ın Türkiyədəki səfiri Con Bass Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, səfirdən ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin PYG terror təşkilatına dair açıqlamasına aydınlıq gətirməsi tələb olunub.

XİN nümayəndəsi Ümit Yalçın Con Kirbinin PYG –yə dair açıqlamasından təəssüfləndiyini ifadə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü C. Kirbi keçirdiyi mətbuat konfransında ölkəsinin YPG silahlı birləşməsini terror qruplaşması kimi tanımadığını və ona dəstəyini davam etdirəcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol