Yanvarda dekabr ilə müqayisədə istehlak qiymətləri cəmi 5,8 faiz artıb.
Bu haqda Dövlət Statistika Komitəsi xəbər verir.
DSK-nın məlumatına görə, ay ərzində ərzaq mallarının qiyməti 8,7, qeyri-ərzaq mallarının qiyməti 5,6, əhaliyə pullu xidmətlərsə 2,1 faiz artıb.
Yada salaq ki, dekabrın 21-də Mərkəzi Bank bir ildə ikinci dəfə manatı devalvasiya (47,6 faiz) edib. Sonrakı günlərdə manatın dollara nisbətdə məzənnəsi 1.55-dən 1,62 manata qalxıb. Bir çox şirkətlər (Azersun Holding, Veysəloğlu və başqaları) bildiriblər ki, istehsal edilən və idxal olunan malların qiymətlərini 20-30 artırıblar. İdxal mənşəli qeyri-ərzaq malları 30-40 faiz bahalaşıb.


Şərhlər