Menu

Bəşər Əsədə sui-qəsd cəhdi edildi

11.02.2016, 01:10
Bəşər Əsədə sui-qəsd cəhdi edildi

Bəşər Əsədə qarşı sui-qəsdə cəhd edildiyi iddia edilir. ANS PRESS-in məlumatına görə, Suriya mediasında yer alan xəbərlərdə, anasının yas mərasiminə gedən Əsədin maşın karvanına “Qrad” raketləri ilə hücum edildiyi bildirilir.

Hücum zamanı Əsədin heç bir zərər görmədiyi bildirilsə də maşın karvanında olan 4 nəfərin həlak olduğu deyilir.

Hücumu radikal təşkilat Ahrar el Şamın hazırladığı bildirlir. Əsəd ailəsinin vətəni hesab edilən Qardahada son zamanlar rus silahlılarının çoxluq təşkil etdiyi qeyd olunur.

Ötən həftə Əsədin 86 yaşlı anası Enise Mahluf dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol