Nigeriya hakimiyyəti Liviyanın devrilən lideri Muəmmar Qəzzafinin oğlunu geri qaytarıb. Bu barədə Liviya hökumətinin saytında yerləşdirilən bəyanatda deyilir.
"Bu gün Səədi Qəzzafi geri qaytarılıb. O, polisə təhvil verilib".
Onun beynəlxalq standarlarla bütün hüquqularının qorunacağı bildirilir.
Səədi Qəzzafi 2011-ci ilin sentyabr ayında - atasının ölümündən bir ay qabaq Liviyadan Nigeriyaya qaçıb.
Afrika ölkəsinin hakimiyyəti Liviyanın keçmiş liderinin 38 yaşlı oğluna sığınacaq verib. Ötən ilin fevral ayından o ev həbsində olub. Liviya onun dövlət əmlakını mənimsəməkdə ittiham edərək geri qaytarılmasını tələb edib.


Şərhlər