Menu

Gürcüstan və İran arasında viza rejimi ləğv edilib

15.02.2016, 19:11
Gürcüstan və İran arasında viza rejimi ləğv edilib

Bu gündən Gürcüstan və İran arasında viza rejimi ləğv olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə İranın Gürcüstandakı səfirinin müavini Möhsün Kebryay bildirib. O deyib ki, fevralın 15-dən viza rejiminin ləğvi hər iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcək: "Viza rejiminin ləğv edilməsi İran və Gürcüstan arasında ticarət dövriyyəsinin inkişaf etdirilməsinə müsbət təsir göstərəcək. Ölkələrimiz arasında sərbəst gediş-gəliş varsa, investisiyası olan insanlar azad şəkildə ölkəyə gələcək və investisiya yatıraraq ticarət fəaliyyətini sərbəst inkişaf etdirəcək. 2012-2013-cü illərdə ticarət dövriyyəsi 200 milyon idisə, hazırda bu 130 milyona da çatmır və əmtəə dövriyyəsini artırmaq üçün potensial var. Biz bu çatışmazlığı düzəldə bilərik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol