Menu

Dövlət komitəsinə yeni səlahiyyət verildi

16.02.2016, 17:13
Dövlət komitəsinə yeni səlahiyyət verildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nın tətbiq edilməsi haqqında” fərmanda dəyişiklik edib. Dəyişikliklə fərmanın 2-ci hissəsi ləğv olunub.

Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilib: 1.2-ci bənddə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra — DTXK)” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra — ƏMDK)” sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci, 4.2-ci, 5.6-cı, 7.1-ci, 8.6-cı və 8.8-ci bəndlərdə ismin müvafiq hallarında “DTXK" abreviaturası ismin müvafiq hallarında “ƏMDK" abreviaturası ilə əvəz edilsin;

2.3. 4.2-ci bənddə (hər iki halda) “rayon, şəhər şöbəsi” sözləri “ərazi bölməsi” sözləri ilə əvəz edilsin;

2.4. 5.6-cı bənddə (hər iki halda) “rayon (şəhər) şöbəsinin” sözləri “ərazi bölməsinin” sözləri ilə əvəz edilsin;

2.5. 5.7-ci bənddə “DTXK-nın sədri tərəfindən imzalanır və DTXK-nın möhürü ilə təsdiq edilir” sözləri “ƏMDK-nın sədri və Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən imzalanaraq, ƏMDK-nın və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (bundan sonra - ETSN) möhürləri ilə təsdiq olunur” sözləri ilə əvəz edilsin;

2.6. 8.2-ci və 8.3-cü bəndlərdə “DTXK” abreviaturası “ƏMDK və ETSN” abreviaturaları ilə əvəz edilsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol