Menu

Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 milyard manat artırılır

17.02.2016, 14:09
Neft Fondundan dövlət büdcəsinə transfert 1,6 milyard manat artırılır

2016-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcminin artırılması nəzərdə tutulur. Bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.

Sənəddə 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 615 mln. manatı və ya 45,3%-i ARDNF-dən transfertin payına düşəcək.

Xatırladaq ki, 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində ARDNF-dən transfertlərin həcmi 6 mlrd. manat nəzərdə tutulmuşdu. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol