Menu

Ankarada terror hadisəsini törədən şəxsin kimliyi məlum oldu

18.02.2016, 10:32
Ankarada terror hadisəsini törədən şəxsin kimliyi məlum oldu

Dünən Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsinin Suriya vətəndaşı Salih Necar tərəfindən törədilməsi barədə məlumat verilib.

Trend Türkiyənin Haber7 telekanalına istinadən bildirir ki, S.Necar bir il öncə qaçqın kimi Suriyadan Türkiyə ərazisinə daxil olub.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada dünən güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb. Ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib. Terror aktının əsas qurbanları hərbçilər olub, hadisə yerində olan Ankara sakinləri xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol