Menu

Mütəşəkkil dəstəyə hökm oxundu

18.02.2016, 12:26
Mütəşəkkil dəstəyə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən dəstəyə hökm oxunub.

Trend-in məlumatına görə, məhkəmənin hökmü ilə Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlının hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mobil rabitə operatorlarından birinin Xırdalan şəhərində, Qobu kəndində, Novxanı, Masazır və Güzdək qəsəbələrinin ərazisində yerləşən radio-baza stansiyalarından ümumilikdə 50 ədəd akkumulyator oğurlamış Bakı şəhər sakini Ayaz Səmədov, Sumqayıt şəhər sakinləri Ruslan Əhmədov və Ceyhun Muxtarlı tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol