Menu

"BMT TŞ-yə üzv ölkələrin Türkiyədəki səfirləri XİN-ə çağırılacaq" - Davudoğlu

18.02.2016, 16:32
"BMT TŞ-yə üzv ölkələrin Türkiyədəki səfirləri XİN-ə çağırılacaq" - Davudoğlu

BMT Təhlükəsizlik Şurasının üzv ölkələrinin (ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə və Almaniya) Türkiyədəki səfirləri ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Onun sözlərinə görə, səfirlərə "Demokratik birlik" (PYD) və YPG-nin (kürd xalq özünümüdafiə dəstələri) terror təşkilatları olduqlarını sübut edən faktlar təqdim ediləcək.

Ə.Davudoğlu qeyd edib ki, ümumiyyətlə, Türkiyə XİN bütün xarici diplomatik missiyalara PYD və YPG-nin terror təşkilatları olduqlarına dair sübutlar təqdim edəcək.

Qeyd edək ki, ötən gün Suriya vətəndaşı Salih Necarın Ankarada törətdiyi terror aktında 28 nəfər həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol