Menu

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina etdi

18.02.2016, 22:03
Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina etdi

“Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”. Virtualaz.org bildirir ki, bunu Frans-Press-ə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl Cübeyr deyib.

“Əgər söhbət əlavə hasilatdan gedirsə, əgər digər istehsalçılar məhdudiyyət qoymaq istəyirlərsə və ya hasilatın “dondurulmasına” dair razılığa gəliblərsə, bu, bazara təsir edə bilər. Lakin Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa hazır deyil”, - deyə Adil Əl Cübeyr vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol