Menu

Bakı Nəqliyyat Agentliyinə yeni təyinat olub

19.02.2016, 10:45
Bakı Nəqliyyat Agentliyinə yeni təyinat olub

Prezident İlham Əliyevin 2015-ci ilin dekabrın 21-dəki fərmanı ilə yeni yaradılan, Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub. Milli.az xəbər verir ki, agentliyin baş direktoru Vüsal Kərimlinin müvafiq əmri ilə bu vəzifəyə Şəfa Mehman qızı Cəbiyeva (Şəfa Mehmanqızı) təyin edilib.

Qeyd edək ki, Şəfa Mehmanqızı 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri kimi çalışıb. Bu il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol