Menu

Bazarlar ABŞ-da açıqlanacaq məlumata fokuslandı - Dolların qiymətinə təsir edəcək

19.02.2016, 13:40
Bazarlar ABŞ-da açıqlanacaq məlumata fokuslandı - Dolların qiymətinə təsir edəcək

Qlobal bazarlar, bu gün ABŞ-da açıqlanacaq inflyasiya göstəricisini gözləyir.

Həftənin əvvəlindən bu yana qlobal bazarlarda "risk iştahının" təsiri ilə birjalar yüksəlirdi. Amma dünən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) qlobal iqtisadi inkişaf proqnozlarını aşağı salması və neft qiymətlərinin 34 dollar səviyyələrində sabitləşməsilə satışlar artdı və birjalarda qarışıq vəziyyət yarandı.

Bu gün Bakı vaxtı ilə 17:30-da ABŞ-da istehlakçı qiymətləri indeksi göstəricisi açıqlanacaqdır. Analitiklər Yanvar ayında ABŞ-da qiymətlərin -0,1% geriləyəcəyini (deflyasiya) gözləyirlər. Dekabrda açıqlanan rəqəm -0.1% idi.Ölkədə Yanvarda baza inflyasiyanın isə + 0,2% açıqlanacağı gözlənilir.

İstehlakçı qiymətləri indeksinin artımla çıxması Dollarınn qalxmasına, azalma ilə açıqlanması isə Dolların ucuzlaşmasına səbəb ola bilər.

ABŞ Mərkəzi Bankı Fed əvvəlki monetar təşviqlərə və aşağı faizə baxmayaraq inflyasiyanı qaldıraraq 2%-lik hədəfinə çıxarda bilmir. İnflyasiyanın artmaması faizlərin təxirə salınacağı ehtimalını gücləndirir.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol