Menu

Ermənistan taktikanı dəyişir

19.02.2016, 16:06

azpolitika.info Sarkisian-Army-Post ermeni esger sarkisyan serj cebhe“Ermənistan qoşunların təmas xəttində “statik müdafiə” stradegiyasından imtina etmək və daha aktiv saxlama, dayandırma sisteminə keçmək istəyir”,

Bunu qondarma Dağlıq Qarabağ rejiminin nümayəndəsi David Tonayan fevralın 18-də ATƏT-in Vyanada keçirilən seminarında deyib.

O bildirib ki, Yerevan təmas xəttində qarşıdurmanı səngitmək üçün tədricən “saxlama” sisteminə keçir.

Qeyd edək ki, son vaxtlar təmas xəttində gərginliyin artdığı müşahidə olunur.

Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda günahlandırır.

1990-cı illərin əvvəllərindən başlayan Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsində ümumilikdə 30 minə yaxın adam ölüb.

Qeyd edək ki, münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğuldur.

Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.   /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol