İşğal altında olan Dağlıq Qarabağda iki erməni əsgəri ölüb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, onların hansı şəraitdə öldüyü açıqlanmır.
Erməni mətbuatında yer alan məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Əsgərlərin hər ikisi odlu silahdan açılan atəş nəticəsində ölüb.
Ölənlər 1997-ci il təvəllüdlü Kamo Ovanisyan və Temur Sloyandır.
Bənzər hadisə ötən gün də baş verib. 1997-ci il təvəllüdlü David Terteryanın hansı şəraitdə öldürrülmsi barədə heç bir informasiya verilmir.
Ermənistanın İstintaq Komitəsi ölkə ordusunda baş verən silahlı insidentlə bağlı təfərrüatları açıqlayıb.Virtualaz.org bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Məlumata görə, bu gün pulemyotçu Temur Sloyan əvvəlcə komandirinə - kiçik serjant Kamo Ovanisyana atəş açıb, sonra isə özünü güllələyib.


Şərhlər