Menu

Ermənilər kəndlərimizi atəşə tutdu - Məktəb yandı - Fotolar

19.02.2016, 23:34
Ermənilər kəndlərimizi atəşə tutdu - Məktəb yandı - Fotolar

Ermənistan silahlı birləşmələri təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutmağa davam edir. AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, qarşı tərəf bu dəfə Goranboyun Tap-Qaraqoyunlu kənd məktəbini hədəf alıb.

Gülləbaran nəticəsində məktəbin binasında yanğın baş verib. Ilkin məlumata görə, yanğın binanın dam örtüyündə başlayıb.

Tavan hissə qismən yanıb. Hadisə yerinə Goranboy rayon və Naftalan şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol