Menu

Türk ordusu PYD-nin mövqelərinə zərbələri davam etdirir

20.02.2016, 09:24
Türk ordusu PYD-nin mövqelərinə zərbələri davam etdirir

Türkiyə Silahlı Qüvvələri (TSK) terrorçu PKK təşkilatının Suriyadakı qolu kimin tanınan PYD-nin mövqelərinə artilleriya zərbələri endirməyə davam edir. "Report" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, zərbələr əsasən Suriyanın Hələb vilayətinin Azez qəsəbəsinin yaxınlığında yerləşən Minniğ havalimanı ilə Ayndağne kəndinə endirir.

Türkiyənin baş naziri Əhməd Davudoğlu bir neçə gün əvvəl bəyan edib ki, YPG dərhal Azez qəsəbəsinin ətrafını tərk etməli və bura bir daha yaxınlaşmamalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol