ABŞ müdafiə idarəsinin (Pentaqon) yaydığı məlumata görə, bu ölkə Suriya və İraqda yerləşdirdiyi səsdənsürətli V-1V bombardmançı təyyarələrini geri çağırmaq qərarına gəlib («Exo Moskvı»).
Məlumatda deyilir ki, bu addımın atılmasında məqsəd təyyarələrin pilotlar üçün nəzərdə tutlmuş kabinələrinin modernləşdirilməsindən ibarətdir.
Məlumat üçün bildirək ki, bu təyyarələr «islamçılar»a havadan zərbələr endirmək məqsədilə bölgəyə gətirilib. Təyyarələrin nə vaxt geri qaytarılacağı barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, bir müddət əvvəl - Rusiya aviasiyası Suriya və İraqda hava əməliyyatlarına başlayandan dərhal sonra ABŞ və Almaniya NATO çətiri altında Türkiyə ərazisində yerləşdirmiş olduqları «Petriot» zenit-raket komplekslərini geri çağırmışdı.
Goründüyü kimi, Rusiya-Türkiyə qalmaqalı dərinləşdikcə, «müttəfiq»lərin geri çəkilməsi tendensiyası da davam edir. Bu nədir - «müttəfiq xəyanəti»?
AzPolitika.info


Şərhlər