Menu

Kiyevdəki Rusiya banklarının ofisləri darmadağın edildi!

20.02.2016, 23:52
Kiyevdəki Rusiya banklarının ofisləri darmadağın edildi!

Ukrayna KİV-nin yaydığı məlumata görə, bu gün - «Maydan» hadisələrinin ildönümü günü Kiyevdəki Rusiya banklarının ofisləri hücumlara məruz qalaraq, yerlə yeksan edilib («Exo Moskvı»).

«112» Telekanalının məlumatına görə, «Sberbank» və «Alfa-bank»ın şöbələrində pəncərələr çıxarılıb, mebel və kompüterlər dağıdılıb, sənədlər ətrafa səpələnib. Bu zaman heç kim xəsarət almayıb.

Qeyd edək ki, ildönümü günü Ukraynanın bir çox şəhərində «Maydan» hadisələri zamanı həlak olanların xatirəsinə həsr edilmiş kütləvi aksiyalar keçirilib.

«UNİAN»-ın yaydığı məlumatda deyilir ki, Kiyevin mərkəzində təşkil olunmuş tədbirə 2 minə yaxın insan toplaşıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol