Menu

Türkiyədə PKK 3 jurnalisti qaçırıb

21.02.2016, 15:09
Türkiyədə PKK 3 jurnalisti qaçırıb

Türkiyədə terrorçular üç jurnalisti qaçırıblar.Musavat.com Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Türkiyənin Anadolu Agentliyinin (AA) üç jurnalisti PKK tərəfindən qaçırılıb.

Məlumata görə, savaş müxbirliyi təhsili alan Rauf Maltaş, fotomüxbir Onur Çoban və kameraçı Kənan Yeşilyurd bir həftə əvvəl Mardinin Nusaybin bölgəsinə ezam olunmuşdular.

Bir müddət hadisələrdən xəbər verən jurnalistlər, dünən Yenişəhər məhəlləsində PKK tərəfindən qaçırılıblar.

Bölgədə PKK-dan icazə almadan çəkiliş etdikləri səbəbi ilə fotoaparat və kameraları əllərindən alınan jurnalistlər gizli bir yerdə saxlanılırlar.

48 saatdır ki, barələrində heç bir xəbər alınmayan jurnalistlər Əfqanıstan, Misir, Liviya, Tunis, Yəmən, Suriya kimi ölkələrlə yanaşı, Tükiyənin daxili savaşında da vəzifə borclarını layiqincə yerini yetiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol