Menu

Nüfuzlu bank Dolların "öləcəyini" təxmin edir

22.02.2016, 16:28
Nüfuzlu bank Dolların "öləcəyini" təxmin edir

Qlobal investisiya bankı Citigroup dollar hədəflərini "sərt" aşağı saldı

Citigroup, Fed-in proqnozlarına bağlı olaraq, dolların G-10 pul vahidləri qarşısında dəyərdən düşəcəyini gözləyir.

Bank, avro/dollar məzənnəsi üçün 0-3 ay üçün proqnozunu 1.11-dən 1.13-ə və 6-12 ay üçün təxminini isə 1.05-dən 1.11-ə çıxardıb. Hazırda 1 avro 1.10 dollara bərabərdir.

Hesabatda, pul siyasəti fərqinin böyük hissəsinin məzənnədə əks olunduğuna görə, avro/dolların yuxarı istiqamətdə hərəkət etməsinin (dolların ucuzlaşması, avronun bahalaşması) gözlənildiyi vurğulanıb.

Citirgoup, hesabatında, Mart ayındakı Avropa Mərkəzi Bankının (AMB) toplantısının kritik olduğunu və bu yığıncaqda hərəkətsiz qalınması ya da atılan addımların məyusluq yaratması və bazar qarışıqlığı vəziyyətində, avro/dolların 1.15 ya da daha yuxarısını test edə biləcəyi proqnozunu verib.

Citigroup Fedin faiz artırmağı, bazar qarışıqlığı, aşağı düşən iqtisadi artım və inflyasiya gözləntilərinin özünü doğrultmaması ilə təxirə salacağını qeyd edib.

Citigroup, dollar/yendə 3 aylıq təxminini 115-dən 111-ə salıb.

Citigroup, sterlinq/dollar cütlüyündə də təxminlərini yeniləyib. Bank bu cütlük üçün üçün 3 aylıq təxminini 1.42-dən 1.35-ə və 1 illik təxminini isə 1.44-dən 1.39-a endirib.

Sterlinq üçün mənfi faktorların yavaşlayan böyümə, inflyasiya və Brexitdən qaynaqlanan risklər olduğu ifadə edilib.

Qeyd edək ki, Dolların dünyanın mühüm valyutaları qarşısında dəyərdən düşməsi ilə əlaqədar olaraq, Azərbaycan Manatı qarşısında da dəyərdən düşə bilər.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol