Dünya bazarında neftin qiyməti artıb. Bu barədə fins.az “Bloomberg” agentliyinə istinadən xəbər verir. Məlumata görə, London əmtəə birjasında “Brent” markalı neftin 1 barreli 1,57 dollar və 4,76 % bahalaşaraq 34,58 dollara çatıb. Nyu-York birjasında isə “WTI” markalı qara qızılın 1 barreli 1,80 dollar və yaxud 6,07% artaraq 31,44 dollar təşkil edib.


Şərhlər